Azərbaycan dünyada öz taleyini özü həlledən nadir ölkələrdəndir - Prezident İlham Əliyev
2021-04-08 14:00
Azərbaycan dünyada sürətlə inkişaf edən ölkə kimi tanınır və nadir ölkələrdəndir ki, öz taleyini özü həll edir, siyasətini müstəqil şəkildə aparır və istər döyüş meydanlarında, istər siyasi arenalarda qələbə qazanır. Bunu Prezident İlham Əliyev Güləş üzrə Avropa çempionatında iştirak edən Azərbaycan millisinin üzvlərini qəbul edərkən bildirilib. "Gənc nəsil də mütləq vətənpərvərlik ruhunda tərbiyə almalıdır və Azərbaycan dövləti buna nail olmaq üçün bütün imkanlardan istifadə edir. Vətənpərvərliyi daha da gücləndirən amillərdən biri əlbəttə ki, tarixi-hərbi Zəfərimizdir və eyni zamanda, idman uğurlarımızdır", - deyə dövlət başçısı qeyd edib.
Nərgiz camal