Azərbaycan Dövlət Aqrar Universitetində “Vikipediya” Metodik Mərkəzi fəaliyyətə başlayacaq

2019-11-07 12:04

Yaxın günlərdə Azərbaycan Dövlət Aqrar Universitetində “Vikipediya” Metodik Mərkəzi fəaliyyətə başlayacaq. Məqsəd azərbaycandilli “Vikipediya”da aqrar mövzuda məqalələr yaradılmasını və redaktəsini həyata keçirməkdir. Ali təhsil ocağının tələbələrinə “Vikipediya” təlimləri də keçiriləcək. Hədəf bölgələrdə könüllülərin sayının çoxalmasına nail olmaqla yanaşı, bu istiqamətdə fəallığı artırmaqdır. Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatında “Vikipediya” Metodik Mərkəzi fəaliyyət göstərir.

Vəfa Şairova