Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"ni cəmi iki medalla başa vurublar
2021-02-07 10:05
Fransanın paytaxtı Parisdə keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turnirinə yekun vurulub. Son yarış günündə Azərbaycan millisinin 3 cüdoçusu tatami üzərinə çıxıb. Finalda mübarizə aparan Məmmədəli Mehdiyevlə Uşanqi Kokauri son qarşılaşmasında uduzduqlarından yığmamızın hesabına gümüş mükafat yazdırıblar. Zelim Kotsoyevin çıxışı isə uğursuz alınıb. "Böyük Dəbilqə”yə 6 kişi cüdoçu ilə qatılan millimiz ilk iki gündə medalsız qalıb. Kəramət Hüseynov, Hidayət Heydərov və Rüstəm Orucov mükafatçılar sırasına düşə bilməyiblər.
Nərgiz camal