Azərbaycan boksçusu Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
Azərbaycan boksçusu Malik Həsənov Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. 63,5 kq çəkidə mübarizə aparan yığma üzvü bu uğura Banqkokda keçirilən II Dünya Olimpiya Təsnifat Turnirində nail olub. Boksçu yarımfinala yüksəlməklə yanaşı, olimpiadaya lisenziyanı da rəsmiləşdirib. Bu, boks üzrə Azərbaycan millisinin Paris-2024 Yay Olimpiya Oyunlarına qazandığı 4-cü vəsiqə olub.
Fərid Mehdiyev