Azərbaycan boksçusu Avropa çempionu olub
Türkiyənin Trabzon şəhərində boks üzrə U-15 Avropa çempionatı başa çatıb.Azərbaycan millisi yarışı 1 qızıl, 3 gümüş və 6 bürünc olmaqla, ümumilikdə 10 medalla başa vurub.Teymur Tanrıverdiyev Avropa çempionu olub. Sənan Nəsibli, Yusif Əli və Sərxan Haxverdiyev gümüş, daha 6 boksçumuz isə bürünc medal qazanıblar.
26 oktyabr 2026

