Azərbaycan BMT-ni mina təhlükəsi və itkin düşmüş şəxslər məsələsini diqqətdə saxlamağa çağırıb
Azərbaycan BMT Baş Assambleyasının III komitəsində insan hüquqları ilə bağlı interaktiv dialoq zamanı mina təhlükəsi və itkin düşmüş şəxslər məsələsinin diqqətdə saxlanılmasına çağırıb.Ölkəmizin BMT-dəki nümayəndəliyinin məlumatına görə, 44 günlük Vətən müharibəsindən sonra mina və partlamamış sursatlar bərpa işlərinə mane olur, mülki əhali arasında ölüm və xəsarətlərə səbəb olur. Birinci Qarabağ müharibəsində itkin düşmüş 4 mindən çox şəxsin taleyi hələ də məlum deyil. Azərbaycan bu məsələlərin həlli üçün BMT-nin insan hüquqları mexanizmləri ilə real əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.
15 oktyabr 2026

