Azərbaycan BMT-də terrorizmlə mübarizəni qabardıb

Azərbaycan terrorizmi bütün forma və təzahürlərində qətiyyətlə pisləyir və terrorizmə qarşı qlobal mübarizəyə sadiq olduğunu bir daha bəyan edib.Bunu Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Tofiq Musayev BMT Baş Assambleyasının təşkilatın Qlobal Terrorizmlə Mübarizə Strategiyasına həsr olunan plenar iclasında bildirib.Səfir vurğulayıb ki, dövlətlər beynəlxalq terrorizmlə mübarizə üzrə öhdəliklərinə ciddi əməl etməli, öz ərazilərinin terrorçuluq, separatçılıq və digər qanunsuz fəaliyyətlər üçün istifadəsinə imkan verməməlidirlər.Tofiq Musayev terror aktlarını törədən şəxslərin məsuliyyətə cəlb edilməsinin vacibliyini qeyd edib, terror qurbanları, sağ qalanlar və zərərçəkmiş dövlətlərlə həmrəyliyin davam etdirilməsinin önəmini vurğulayıb.Qeyd edək ki, iclas BMT-nin Baş Qərargahında keçirilən Dördüncü Antiterror Həftəsi çərçivəsində təşkil olunub.

02 iyul 2026

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik