Azərbaycan BMT-də beynəlxalq ictimaiyyəti mina təhlükəsinə qarşı həmrəyliyə çağırıb

"Genişmiqyaslı mina çirklənməsi Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinə ciddi maneə yaradır. Bu səbəbdən Azərbaycan humanitar minatəmizləməni 18-ci Milli Dayanıqlı İnkişaf Məqsədi kimi müəyyən edib." Bu sözləri BMT yanında Azərbaycanın Daimi Nümayəndəsi Tofiq Musayev BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində keçirilən tədbirdəki çıxışında deyib. O, bildirib ki, Azərbaycanın ərazisinin 13 faizindən çoxu minalar və partlayıcı qalıqlarla çirklənib və bu, mülki əhali üçün ciddi təhlükə yaradır. Diplomat həmçinin qeyd edib ki, Azərbaycanda ilk qadın minatəmizləmə qrupları ANAMA, BMT-nin İnkişaf Proqramı və Avropa İttifaqının birgə layihəsi çərçivəsində yaradılıb. Sonda beynəlxalq ictimaiyyətə çağırış edib: "Dünya üzrə mina təhlükəsinin miqyası beynəlxalq əməkdaşlığın gücləndirilməsini, daha çox maliyyə və texniki dəstəyi tələb edir."

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik