Azərbaycan beynəlxalq səviyyədə humanitar yardım və inkişafa dəstək fəaliyyətini davam etdirib - XİN
2021-12-29 14:12
Beynəlxalq İnkişafa Yardım Agentliyi əlaqələndirməsi ilə 2021-ci ildə İndoneziya, Xorvatiya, Sent Vinsent və Qrenadin-ə humanitar yardım, eləcə də Türk Dövlətləri Təşkilatı xətti ilə isə Burkina Fasoya COVID-19 əleyhinə peyvənd göndərilib. XİN-nin 2021-ci ilin yekunlarına dair mətbuat buraxılışında qeyd edilib ki, ölkəmiz indiyədək dünyanın 80-a yaxın ölkəsinə və üç beynəlxalq təşkilata yardım göstərib. Bundan əlavə, 2021-ci ildə Qvineya, Kot-de-Vuar və Nigerdə humanitar aksiyalar keçirilib.
Vüsalə camal