Canlı
Azərbaycan bala tələbatın 40 faizini idxal hesabına ödəyir

2018-01-12 / 10:01

2017-ci ildə Azərbaycanda 3000 ton bal istehsal edilib. Azərbaycan Arıçılar Assosiasiyasından verilən məlumata görə, istehlak həcmi isə 5000 ton olub. Hazırda daxili istehsal Azərbaycanda bala olan tələbatın 60 faizini təmin edir. Qalan həcm isə xaricdən idxal edilir. Hazırda ölkədə 300 min arı ailəsi var.

Vəfa Şairova