Canlı
Azərbaycan balının ixrac potensialının artırılması üçün layihə həyata keçiriləcək

2017-12-29 / 14:05

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı Azərbaycanda arıçılığın inkişafını dəstəkləməkdə davam edəcək. FAO-nun Tərəfdaşlıq və Əlaqələndirmə ofisinin rəhbəri Mələk Çakmakın sözlərinə görə, 2018-ci ildə FAO bu sahədə növbəti layihəyə başlamaq niyyətindədir. Yeni layihə Azərbaycan balının ixrac potensialının artırılmasına istiqamətlənəcək. İlkin olaraq 800 min dollar dəyərləndirilən layihə çərçivəsində Azərbaycan balının qablaşdırılması və beynəlxalq sertifikasiyası ilə bağlı məsələlərin həlli planlaşdırılır.

Vəfa Şairova