Azərbaycan BƏT-in əməyin təhlükəsizliyi və gigiyenasına dair beynəlxalq konvensiyasına qoşulub
Prezident İlham Əliyev Azərbaycanın Beynəlxalq Əmək Təşkilatının (BƏT) əməyin təhlükəsizliyi və gigiyenasına dair beynəlxalq konvensiyasına qoşulması iləbağlı qanunu təsdiqləyib.Qanuna əsasən, 2006-cı il iyunun 15-də Cenevrə şəhərində qəbul edilmiş Beynəlxalq Əmək Təşkilatının "Əməyin Təhlükəsizliyi və Gigiyenasının Təşviq Edilməsinin Əsasları haqqında" 187 nömrəli Konvensiyası təsdiq edilib.
20 fevral 2026

