Azərbaycan bədii gimnastları Rumıniya və Polşada keçirilən yarışlarda uğurlu nəticələr göstəriblər
2021-04-03 18:12
Azərbaycan bədii gimnastları Rumıniya və Polşada keçirilən yarışlarda uğurlu nəticələr göstəriblər. Buxarestdə Məryəm Əliyeva topla gümüş, lentlə hərəkətlərdə bürünc medal qazanıb. Komandanın digər üzvlərindən Gövhər İbrahimova gürzlərlə və halqa ilə, Nəzrin Salmanlı gürzlərlə çıxışına görə 3-cü olub. Varşavada isə İlona Zeynalova çoxnövçülükdə qızıl, halqa ilə hərəkətlərdə gümüş medal əldə edib. Gənclər arasında mübarizə aparan Kamilla Qafarova da çoxnövçülük yarışlarında qızıl medal qazanıb. Bu yaş kateqoriyasında çıxış edən daha bir gimnast Mədinə Dəmirova isə topla hərəkətlərin icrasına görə gümüş medala sahib çıxıb.
Fərid Mehdiyev