Azərbaycan BƏƏ ilə aqrar sahədə yol xəritəsi hazırlayacaq
Azərbaycan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə aqrar sahədə birlikdə “yol xəritəsi” hazırlayacaq.Bunu BƏƏ-nin iqlim dəyişikliyi və ətraf mühit naziri Amna bint Abdulla Əl Dahak Əlşəmsi Bakıda keçirilən "Azərbaycan-BƏƏ qida və kənd təsərrüfatı işgüzar dəyirmi masasında" bildirib.Nazir qeyd edib ki, əməkdaşlıq həm hökumətlərarası (G2G), həm də bizneslərarası (B2B) səviyyədə qida təhlükəsizliyinin gücləndirilməsinə və uzunmüddətli tərəfdaşlığın qurulmasına xidmət edəcək.Həmçinin tərəflər iqlim və ətraf mühit sahəsində uzunmüddətli əməkdaşlıq üçün mexanizmlər və memorandumlar hazırlayır.2025-ci ildə imzalanmış strateji tərəfdaşlıq müqaviləsi iki ölkə arasında əməkdaşlığı daha da genişləndirəcək.
16 fevral 2026

