Azərbaycan-BƏƏ diplomatik münasibətləri davamlı tərəfdaşlığa əsaslanır
Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında diplomatik münasibətlər xalqlarımızın qarşılıqlı hörmətə əsaslanan dərin və davamlı tərəfdaşlığına söykənir. Bu sözləri Azərbaycan ilə BƏƏ arasında diplomatik əlaqələrin qurulmasının 32-ci ildönümü münasibətilə keçirilən tədbirdə xarici işlər nazirinin müavini Elnur Məmmədov söyləyib. O bildirib ki, münasibətlərimizdə daha bir mühüm məqam isə 2006-cı ildə Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə ilk rəsmi səfər etməsi idi. Bu səfər ikitərəfli münasibətlərimizdə yeni səhifə açıb, Ümummilli liderlərimiz tərəfindən qurulan əlaqələri möhkəmləndirib.
Azad Mustafayev