Azərbaycan "Avroviziya-2020" mahnısını təqdim edib
2020-03-10 16:03
“Avroviziya-2020" beynəlxalq mahnı müsabiqəsində Azərbaycan təmsilçisinin mahnı və klipi təqdim edilib. Samira Əfəndi “Kleopatra” mahnısı ilə Rotterdamda səhnəyə çıxacaq. Kompozisiyada YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilən Azərbaycanın milli aləti tar, həmçinin balaban və ud səslənir. Mahnının klipi Qobustan Tarixi Qoruğunda çəkilib.
Vüsalə Camal