Azərbaycan Avropaya qaz tədarükünü 40 faiz artıracaq
Azərbaycan Avropaya qaz tədarükünü 40 faiz artıracaq. Bunu energetika naziri Pərviz Şahbazov Rumıniya Beynəlxalq Qaz Konfransında deyib. Keçən il tədarükün həcmi 8,2 milyard kubmetr təşkil edirdisə, bu il 11,5 milyard kubmetrə çatacaq.