Azərbaycan Avropaya 11,5 milyard kubmetr qaz tədarük etməyi planlaşdırır
2022-ci ilin sonunadək Azərbaycan Avropaya imzalanmış müqavilələri uyğun olaraq 11,5 milyard kubmetr qaz tədarük etməyi planlaşdırır. Energetika naziri Pərviz Şahbazov bildirib ki, Cənub Qaz Dəhlizinin nəql gücü 2027-ci ilədək iki dəfə artırıla bilər. "Türkiyə istiqamətində nəql olunan qaz ildə 16 milyard kubmetrdən 31 milyard kubmetrədək, Trans-Adriatik qaz xətti ilə isə 10 milyard kubmetrdən 20 milyard kubmetrədək artırılacaq" - deyə nazir bildirib.