Azərbaycan Avropa İttifaqı üçün önəmli tərəfdaşdır
2021-10-06 16:10
Azərbaycan Avropa İttifaqı üçün önəmli tərəfdaşdır. Bunu Prezident İlham Əliyevə etimadnaməsini təqdim edən Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin yeni rəhbəri Petr Mixalko deyib. Dövlət başçısı bildirib ki, ən mühüm sahələrdən biri postmüharibə dövründə inkişafın, davamlı sülhün və əməkdaşlığın bərqərar olmasına Avropa İttifaqının töhfəsidir. Sülh razılaşması, delimitasiya, kommunikasiyaların açılması ilə bağlı danışıqların qismən başladığını vurğulayan Prezident Cənubi Qafqazda vəziyyətin 30 il ərzində olmayan tamamilə yeni bir miqyas ala biləcəyini də sözlərinə əlavə edib.
Fərid Mehdiyev