Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib
Xarici işlər naziri Ceyhun Bayramov ilə ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon danışığı aparılıb. Ceyhun Bayramov post-münaqişə dövründə regionda mövcud vəziyyət, Azərbaycan-Ermənistan normallaşma prosesi, ölkəmizin məsələlərə yanaşması barədə qarşı tərəfi ətraflı məlumatlandırıb. Bununla yanaşı, ölkəmizin ev sahibliyi etdiyi COP29 çərçivəsində ATƏT və sədrlik ilə mümkün əməkdaşlıq imkanları nəzərdən keçirilib.
Azad Mustafayev