Azərbaycan Afrikada iqlim diplomatiyasına dəstək verəcək
BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində elan olunub ki, Azərbaycan Afrika ölkələrinə iqlim diplomatiyası sahəsində dəstək göstərəcək. Bu məqsədlə COP29-un Bakı İqlim və Sülh Fəaliyyəti Mərkəzi ilə Çad və Qvineya-Bisau arasında Birgə İşçi Qruplar yaradılıb. Həmin ölkələrin ətraf mühit nazirləri Bakı Mərkəzinin təşəbbüsünü yüksək qiymətləndirərək Azərbaycana təşəkkürlərini bildiriblər.