Azərbaycan 2-ci liqasında 9-cu tura start verilib
Azərbaycan 2-ci liqasında 9-cu tura start verilib. İlk oyun günündə 3 görüş keçirilb.
"Füzuli" - "Lerik" matçı 1:1 hesabı ilə başa çatıb. "Şahdağ Qusar" səfərdə "Şəmkir"i 5 cavabsız qolla məğlub edib. "Kür-Araz" isə evdə "Şəfa"nı 5:1 hesabı ilə üstələyib. Yeri gəlmişkən 2-ci liqada 10-cu turun oyun cədvəli açıqlanıb. Matçlar 6-7 noyabr tarixlərində keçiriləcək. Azərbaycan 1-ci liqasında 8-ci turun oyunlarına isə 9-10 noyabr tarixlərində start veriləcək.
Emin İsazadə