Azərbaycan 19 dövlətin adından mina təhlükəsi ilə bağlı çağırış edib

Azərbaycan BMT-də Əlillərin hüquqları haqqında Konvensiyanın 19-cu sessiyasında 19 dövlətdən ibarət regionlararası qrup adından bəyanatla çıxış edib.Birgə bəyanatda dünya əhalisinin təxminən 15 faizinin əlilliyi olduğu qeyd olunub. Münaqişə və sonrakı dövrlərdə mina, partlayıcı qalıqlar və əldəqayırma partlayıcı qurğulardan zərər çəkən əlillərin hüquqlarının qorunmasının xüsusi əhəmiyyət daşıdığı bildirilib.Dövlətlər beynəlxalq ictimaiyyəti mina təhlükəsinin qarşısının alınması və milli mina fəaliyyəti potensialının gücləndirilməsi istiqamətində dəstəyi artırmağa çağırıblar. Bəyanatda əlilliyi olan şəxslər üçün təcili və davamlı tibbi yardımın, fiziki reabilitasiyanın, protezləşdirmənin, təhsilin və iqtisadi reinteqrasiyanın vacibliyi də vurğulanıb.

11 iyun 2026

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik