Azərbaycan “Paris-2024”-ün medal sıralamasında 31-ci pillədə qərarlaşıb
Bu gün Azərbaycanın iki təmsilçisi Paris-2024 Yay Paralimpiya Oyunlarında mübarizə aparacaq.
Əvvəlcə Səid Nəcəfzadə uzunluğa tullanma növündə çıxış edəcək. Ardınca paraüzgüçü Raman Saley uğur qazanmağa çalışacaq. Hazırda Azərbaycanın hesabında 1 qızıl, 1 gümüş və 1 bürünc medal var. Ölkəmiz medal sıralamasında 31-ci pillədə qərarlaşıb.
Azad Mustafayev