Azərbaycan əsgərinin yüksək peşəkarlığı sayəsində ölkəmizin ərazisi etibarlı qorunur
2021-02-02 16:05
Bakı Qarnizonu hərbi hissələrinin şəxsi heyətinin, şəhid ailələri üzvlərinin və müharibə veteranlarının iştirakı ilə Təlim və Tədris Mərkəzində Azərbaycan Ordusu gənclərinin toplantısı keçirilib. Tədbirdə çıxış edən Müdafiə nazirinin birinci müavini – Baş Qərargah rəisi Kərim Vəliyev, məhz Vətən sevgisinin Azərbaycan gənclərini torpaqlarımızın işğaldan azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması uğrunda gedən döyüşlərə qatılmağa sövq etdiyini deyib. General polkovnik vurğulayıb ki, səngər və döyüş mövqelərində xidmət edən zabit və əsgərlərimizin yüksək peşəkarlığı sayəsində ölkəmizin ərazisi, dəniz və hava məkanı etibarlı şəkildə qorunur.
Vüsalə camal