2020-10-29 10:03
Azərbaycan, ərazisində ikinci erməni dövləti yaradılmasına imkan verməyəcək. Əgər kimsə ermənilər üçün ikinci dövlət istəyirsə, öz ərazisinin bir hissəsində yaratsın. "Münaqişəni tezliklə həll etmək üçün, - hələ gec deyil, - sanksiyalar lazımdır. Həmsədr ölkələr təcavüzkarı işğal olunmuş torpaqlardan getməyə məcbur etmək üçün ona hansı sanksiyalar tətbiq edilə biləcəyi barədə ciddi fikirləşməlidir". Prezident İlham Əliyev Rusiyanın İnterfaks agentliyinə müsahibəsi zamanı münaqışə ilə bağlı nizamlamada Türkiyənin rolunu səmərəli və mühüm adlandırıb. Ermənistanın bunu etiraf etməyə və bununla razılaşmağa məcbur olacağını qeyd edib. "Ermənistan başa düşməlidir ki, artıq yolun kənarındadır", -deyən dövlət başçısı bunun səbəblərini də diqqətə çatdırıb.
Nərgiz Camal