"Azərbaycan ərazilərindən silahların transferi üçün istifadə edilib"XİN
"İşğal dövründə Azərbaycan ərazilərindən silahların transferi üçün istifadə edilib". Bunu Azərbaycan Xarici İşlər Nazirliyi ilə Müdafiə Nazirliyinin birgə keçirdiyi brifinqdə XİN-in mətbuat katibi Ayxan Hacızadə deyib. O bildirib ki, Azərbaycan 44 günlük müharibədən sonra üzləşdiyi problemlərlə bağlı beynəlxalq tərəfdaşlardan cavab almayıb. O vurğulayıb ki, Qarabağda aparılan antiterror tədbirləri zamanı iri silah-sursat anbarları aşkar edilib, təslim olmuş erməni silahlı birləşmələrinin tərk-silah edilməsi zamanı onların xeyli hissəsi müsadirə olunub.
Lalə Nəsib