Azərbaycan şahmat milliləri Avropa çempionatının II turunda qələbə qazanıblar
Kişilərdən və qadınlardan ibarət şahmat üzrə Azərbaycan milliləri Monteneqroda keçirilən Avropa çempionatının II turunda qələbə qazanıblar. İlk turda Danimarkaya məğlub olan kişi şahmatçılar bu dəfə Slovakiyanı üstələyiblər. Qadınlardan ibarət Azərbaycan millisi isə itkisiz irəliləyir. Startda Sloveniyadan güclü olan yığma hesabat turunda Niderlanda qalib gəlib. Bu gün Avropa çempionatında III turun görüşləri keçiriləcək. Kişi şahmatçılar İsveç, qadınlar isə Polşa ilə qarşılaşacaqlar.
Nərgiz Camalzadə