Azərbaycan şahmatçısı Teymur Rəcəbov “Opera Euro Rapid” turnirində iştirak edəcək
2020-01-28 16:11
Azərbaycan şahmatçısı Teymur Rəcəbov “Opera Euro Rapid” turnirində iştirak edəcək. Qrossmeysterimiz yarışa qatılacaq 16 şahmatçı arasında yer alıb. “Champions Chess Tour” çərçivəsində baş tutacaq turnirin mükafat fondu 100 min ABŞ dollarıdır. Fevralın 6-14-də keçiriləcək yarışda təmsilçimiz son vaxtlarda bir neçə dəfə məğlub etdiyi erməni Levon Aronyanla növbəti duelə çıxacaq. Öncə dairəvi sistemlə mübarizə aparacaq şahmatçılardan səkkizi nokaut sistemi ilə qalibi müəyyənləşdirəcək. Birinci yerin sahibi 30 min dollar qazanacaq.
Vüsalə Camal