Azərbaycan şahmatçılarının qatılacağı Avropa çempionatının mükafat fondu açıqlanıb
Martın 3-də Serbiyanın Vrnyaçka Banya şəhərində start götürəcək şahmat üzrə 23-cü şəxsi Avropa çempionatının mükafat fondu açıqlanıb. Azərbaycan şahmatçılarının da qatılacağı turnirdə ilk 23 yeri tutacaq şəxslər mükafatlandırılacaqlar. Həmin 23 nəfər, eyni zamanda, Dünya Kuboku-2023-ün təsnifat yarışına vəsiqə qazanacaq. Avropa çempionatının qalibi 20 000 avro əldə edəcək. İkinci yerin sahibi 15 000, üçüncü pillədə qərar tutacaq şahmatçı isə 10 000 avro qazanacaq. Həmçinin, 18 yaşadək gənclər, 50 yaşdan yuxarı yaşlılar və qadınlar üçün də ayrıca mükafat təsis edilib.
Vüsalə Cənnətova