Azərbaycan üzrə koronavirusa yoluxma faizi açıqlanıb
2020-06-23 14:05
Koronavirusinfo.az saytının məlumatına görə, koronavirusa yoluxma halları Bakı şəhərində artaraq 52 faiz olub. Abşeronda yoluxma 15.3 faiz, Gəncə-Qazax bölgəsində 10.3 faiz təşkil edir. Naxçıvanda yoluxma 0.03 faiz, xaricdən gələnlərdə yoluxma halları isə 1.9 faiz təşkil edib. İndiyədək ölkədə ümumilikdə 13 207 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.
Nərgiz Camal