Azərbaycan öz ərazisini qanunsuz xarici müdaxilədən qoruyur - Ukraynalı deputat
2020-10-15 10:06
Azərbaycan Silahlı Qüvvələri öz suveren ərazisində uğurlu əks-həmlə əməliyyatı keçirir. Ukrayna Ali Radasının deputatı Lyudmila Marçenko bildirib ki, Azərbaycan əks-həmlə əməliyyatını BMT Nizamnaməsinə uyğun olaraq aparır. “Münaqişənin dinc yolla tənzimlənməsi üzrə danışıqlar 25 ildən çoxdur ki, davam edir. Nəticədə bir metr də olsun Azərbaycan ərazisi azad edilməyib. Baxmayaraq ki, beynəlxalq hüquq Azərbaycanın tərəfindədir”- deyə ukraynalı deputat vurğulayıb.
Fərid Mehdiyev