Canlı
Azərbaycan özəl pensiya fondlarının yaradılmasında maraqlıdır

2018-07-11 / 16:04

Azərbaycanda özəl pensiya fondlarının yaradılması gündəlikdə yer alan mövzudur. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. Bildirib ki, bunun üçün heç bir məhdudiyyət yoxdur: “Bu, kompleks məsələdir və onu qısamüddətli təhlillə həll etmək mümkün deyil. Bu prosesi dəqiqliklə təhlil etmək lazımdır ki, bu da çox vaxt tələb edir”. Nazir qeyd edib ki, Azərbaycan özəl pensiya fəaliyyətinin inkişafında maraqlıdır və bununla bağlı özəl sektorun təkliflərini dinləməyə hazırdır.

Ruhəngiz Hacızadə