Azərbaycan Çinə uçuşları müvəqqəti dayandırır
2020-01-27 16:03
Bakıdan Çinin paytaxtı Pekinə birbaşa sərnişin aviareysi üzrə uçuşlar müvəqqəti dayandırılır. Heydər Əliyev Beynəlxalq Aeroportundan verilən məlumata görə, cədvəl üzrə AZAL Bakı-Pekin aviareysi üzrə uçuşlar yanvarın 30-dək davam etdiriləcək, bundan sonra isə martın əvvəlinədək dayandırılacaq.
Vüsalə Camal