Azərbaycan çempionatında 3 oyun təxirə salınıb
2021-02-24 12:09
Futbol üzrə Azərbaycan çempionatında üç oyun təxirə salınıb. Peşəkar Futbol Liqasının belə qərar qəbul etməsinə Azərbaycan ərazisində mövcud olan qarlı hava şəraiti səbəb olub. Bu gün keçirilməli olan “Sabah -2” – “Keşlə-2”, “Neftçi-2” – “Sumqayıt-2” və MOİK – “Kəpəz” oyunları təxirə salınıb. Turun “Turan Tovuz” – “Qaradağ Lökbatan” oyunu planlaşdırıldığı kimi saat 14-də başlayacaq.
Fərid Mehdiyev