Canlı
Azərbaycan çempionatının üç çəki dərəcəsində qalibləri müəyyən olunub

2017-12-28 / 10:07

Bakı İdman Sarayında kişilər, qadınlar və usta cüdoçular arasında təşkil olunan Azərbaycan çempionatı davam edir. Yarışın ikinci günündə kişilər arasında üç çəki dərəcəsində qaliblərin adlarına aydınlıq gəlib. 73 kq çəki dərəcəsində Kənan Quluzadə, 81 kq-da Fəqan Quluzadə və 90 kq çəkidə Əbdülhəqq Rəsullu Azərbaycan çempionu adına layiq görülüblər.

Vəfa Şairova