Azərbaycan–Niderland münasibətlərində yeni əməkdaşlıq imkanları müzakirə olunub

Azərbaycanla Niderland arasında iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, yaşıl enerji, Orta Dəhliz və azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri müzakirə olunub. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu barədə Bakıda niderlandlı həmkarı Tom Berendsenlə birgə keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, iki ölkə arasında 11 saziş mövcuddur, daha 4 saziş isə müzakirə mərhələsindədir. Azərbaycanda 150 Niderland şirkəti fəaliyyət göstərir, azad edilmiş ərazilərdə isə iki Niderland şirkəti bərpa işlərinə cəlb olunub. Tom Berendsen Niderlandın Azərbaycanın regionda mühüm tərəfdaşı olduğunu vurğulayıb. O, Ermənistan-Azərbaycan münaqişəsi zamanı həlak olanların qalıqlarının identifikasiyası və dəfn yerlərinin müəyyənləşdirilməsi üçün maliyyə dəstəyi ayrılacağını bildirib. Niderland, həmçinin Azərbaycana minatəmizləmə sahəsində dəstək imkanlarını nəzərdən keçirə bilər.

26 oktyabr 2026

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik