Canlı
Azərbaycanın yeni səfiri etimadnaməsini Xorvatiya Prezidentinə təqdim edib

2018-01-13 / 12:05

Azərbaycanın Xorvatiyadakı səfiri Fəxrəddin Qurbanov etimadnaməsini bu ölkənin prezidenti Kolinda Qrabar-Kitaroviçə təqdim edib. Fəxrəddin Qurbanov ona tapşırılan məsuliyyətli vəzifədə iki ölkə arasında strateji səviyyədə olan əlaqələrin yüksələn xətlə inkişafı üçün çalışacağını bildirib. Səfir Ümumdünya EXPO-2025 sərgisinə ev sahibliyi etmək üçün Bakı şəhərinin namizədliyinin irəli sürüldüyünü qeyd edərək, 2018-ci ilin noyabr ayında keçiriləcək səsvermədə Xorvatiyanın Azərbaycanı dəstəkləməsini xahiş edib.

Vəfa Şairova