Azərbaycanın Xarkovdakı fəxri konsulluğuna hücumla bağlı cinayət işi açılıb

2020-11-07 12:05

Bu gecə iki nəfər Azərbaycanın Xarkovdakı fəxri konsulluğuna hücum edib. Onlar səsboğucu tapançadan 6 atəş açıblar. Güllələrdən 3-ü giriş qapısına, 3-ü isə pəncərəyə dəyib. Xəsarət alan olmayıb. Hadisə konsulluğun nəzarət kameraları tərəfindən qeydə alınıb. Hadisə ilə bağlı cinayət işi başlanıb. Xarkov şəhərinin Kiyevski mikrorayonunun polisləri araşdırma aparır. İstisna deyil ki, konsulluğa hücuma səbəb son günlər Ordumuzun Qarabağdakı əks hücum əməliyyatları və nəticədə uzun illər işğalda olan torpaqların azad edilməsidir. Bir müddət əvvəl Estoniyada da oxşar hadisə olub. Oktyabrın 25-də maska taxmış naməlum şəxs Tallindəki İslam mərkəzinin, eləcə də Azərbaycan və Türkiyə səfirliklərinin qarşısına donuz başları qoyub. Bu barədə polisə məlumat verilib.

Fərid Mehdiyev

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik