Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Gürcüstana səfər edəcək
2020-09-21 18:03
Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Gürcüstana səfər edəcək. Səfər sentyabrın 24-də baş tutacaq. Bu zaman Ceyhun Bayramov Gürcüstanın dövlət və hökumət rəsmiləri ilə bir sıra görüşlər keçirəcək. Görüşlərdə ikitərəfli və regional məsələlər müzakirə olunacaq.
Fərid Mehdiyev