Azərbaycanın xaricdəki diplomatik missiyalarında prezident seçkiləri Koreyada başlayacaq, ABŞ-də bitəcək
Azərbaycanın seçki məntəqələri yaradılmış diplomatik missiyalarında fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri ölkənin Koreyadakı səfirliyində başlayaraq ABŞ-ın Los-Anceles şəhərindəki Baş Konsulluğunda tamamlanacaq. Xarici İşlər Nazirliyindən bildirilib ki, seçkilər ölkələrin yerli saat qurşaqlarına uyğun olaraq saat 8-də başlayacaq, 19-da başa çatacaq. Ümumilikdə 37 ölkədə 49 seçki məntəqəsi yaradılıb.
Vüsalə Cənnətova