Azərbaycanın xalq artisti, tanınmış diktor Sabir Ələsgərov vəfat edib
2020-11-21 10:02
Azərbaycanın xalq artisti, tanınmış diktor Sabir Ələsgərov vəfat edib. 84 yaşında dünyasını dəyişən Sabir Ələsgərov Azәrbaycan Dövlәt televiziyasında radionun və televiziyanın baş diktoru, televiziyanın diktorlar şöbәsinin müdiri olub. Bir sıra proqram və verilişlәrə aparıcılıq edib. Hökumәt tәdbirlәri vә bayram şәnliklәrindәn reportajların, dövlәt әhәmiyyәtli verilişlәrin hazırlanıb efirә verilmәsindә yaxından iştirak edib.
Vüsalə Camal