Azərbaycanın usta cüdoçuları Avropa çempionatına yollanıb
2021-06-01 18:13
Azərbaycanın usta cüdoçulardan ibarət milli komandası iyunun 2-də Yunanıstanın Heraklion şəhərində start götürəcək Avropa çempionatına yollanıb. 31 ölkədən 236 idmançının qatılacağı çempionatda Azərbaycanı 8 yaş kateqoriyası üzrə 22 nəfər təmsil edəcək. Komandaya məşqçi Ağa Cəfərov rəhbərlik edəcək.
Nərgiz camal