Azərbaycanın U-21 yığması Premyer Liqa klubu ilə qarşılaşacaq
Bakıda təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyunu keçirəcək. Sınaq matçında rəqib Premyer Liqada çıxış edən “Şamaxı” olacaq. Görüş sentyabrın 24-ü saat 19-da Bakı Olimpiya Stadionunda start götürəcək .