Azərbaycanın triatlon yığmasının üzvü Avropa Kuboku yarışlarında qızıl medal qazanıb
2021-06-06 12:00
Azərbaycanın triatlon yığmasının üzvü Rostislav Pevtsov Ukraynanın Dnipro şəhərində təşkil olunan sprint üzrə Avropa Kuboku yarışlarında qızıl medal qazanıb. O, 16 ölkədən 39 triatlonçunun mübarizə apardığı yarışı 51 dəqiqə 20 saniyəlik nəticə ilə başa vuraraq bu titula yeyələnib. Qadın triatlonçumuz Kseniya Levkovskaya isə bu il beynəlxalq arenada ikinci mükafatını əldə edib. İdmançı Şarm əl-Şeyxdə keçirilən Açıq Afrika Kuboku yarışlarında bürünc medal qazanıb.
Vüsalə Camal