2020-11-10 10:08
Azərbaycanın tarixi qələbəsindən sonra Ermənistanda iğtişaşlar başlayıb. Ermənistanın Baş naziri Nikol Paşinyanın Qarabağla bağlı bəyanatından sonra İrəvanda etirazçılar hökumət binasına giriblər. Binada olan xüsusi xidmət orqanları əməkdaşları etirazçılara müqavimət göstərməyiblər. Onlar dövlət atributlarını binadan çıxarmaqla öz etirazlarını bildiriblər. Etirazçılar parlamentin spikeri Ararat Mirzoyan və başqa bir nəfəri döyüblər. Etirazçılar Nikol Paşinyanı xain adlandıraraq dərhal onun istefasını tələb edirlər. Ermənistanın Baş naziri ölkəsinin Dağlıq Qarabag müharibəsində təslim olmasından sonra etiraz edənləri divan tutmaqla hədələyib. Paşinyan xalqa müraciətində deyib ki, İrəvandakı talanların bütün təhrikçiləri ciddi cəzalandırılacaq. Ermənistanın “Daşnaktsutyun” və bir sıra partiyaları da Paşinyanın istefasını tələb edirlər.
Nərgiz Camal