Azərbaycanın Tərtər şəhəri intensiv atəşə tutulur
2020-09-28 10:04
Sentyabrın 28-də səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Tərtər şəhəri intensiv atəşə tutulur. Düşmən qüvvələri şəhərin mülki şəxslərini və obyektlərini məqsədyönlü şəkildə hədəfə alır. "Ermənistan növbəti dəfə beynəlxalq humanitar hüququ kobudcasına pozduğunu nümayiş etdirir. Beynəlxalq ictimaiyyəti Ermənistanın mülki şəxsləri məqsədyönlü şəkildə hədəfə alan müharibə cinayətlərini qətiyyətlə pisləməyə çağırırıq"-deyə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin açıqlamasında bildirilir.
Vəfa Şairova