Azərbaycanın Türkiyədəki Səfirliyində və Baş Konsulluqlarında Operativ Qərargahlar yaradılıb
Azərbaycanın Türkiyədəki Səfirliyində, eləcə də İstanbul və Qars şəhərlərindəki Baş Konsulluqlarında Operativ Qərargahlar yaradılıb. Xarici İşlər Nazirliyindən verilən məlumata görə, zəlzələdən zərər çəkən Azərbaycan vətəndaşlarının olub-olmaması məsələsi araşdırılır. Həmçinin Azərbaycanın Türkiyədəki səfirliyi tərəfindən Türkiyədə təhsil alan azərbaycanlı tələbələrlə mütəmadi olaraq əlaqə saxlanılır.
Nərgiz Camalzadə