Azərbaycanın SU-25-nin vurulması dezinformasiyadır
2020-10-15 17:00
Ermənistan kütləvi informasiya vasitələrinin Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus Su-25 təyyarəsinin vurulması barədə yaydığı məlumat yalandır və düşmən tərəfinin növbəti dezinformasiyasıdır. Müdafiə Nazirliyi bildirir ki, oktyabrın 15-də Azərbaycan Hərbi Hava Qüvvələrinin döyüş aviasiya vasitələri tətbiq edilməyib və heç bir Su-25 döyüş təyyarəsi havaya qaldırılmayıb.
Vəfa Şairova