Canlı
Azərbaycanın satdığı mənfəət neftinin 55 faizi AÇG-dən hasil olunub

2018-01-12 / 13:58

İşlənmənin əvvəlindən - 1997-ci ildən Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarından 445,4 mln. ton neft və 140,5 mlrd. kubmetr qaz hasil olunub. Dövlət Neft Şirkətinin I vitse-prezidenti Xoşbəxt Yusifzadənin sözlərinə görə, artıq 19-cu ildir “Azəri-Çıraq-Günəşli” layihəsinin iştirakçıları mənfəət neftindən gəlir əldə edirlər. 2018-ci il yanvarın 1-dək dünya bazarında Azərbaycanın payına düşən 250,7 mln. ton mənfəət nefti satılıb ki, bu da AÇG-dən hasil edilmiş bütün neftin 55%-ni təşkil edir.

Ruhəngiz Hacızadə